Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy qəzəbinin alovu saçsın, Hər qürurluya baxıb onları alçalt. Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal. Dünya saralıb-solur, Yer üzü quruyub-solur. Dünyanın məğrur insanları məyus olur. O gün Rəbb yuxarıda – göydəki orduları, Aşağıda – yer üzünün padşahlarını cəzalandıracaq. O gün Ordular Rəbbi Xudavəndin günüdür, Düşmənlərindən qisas alması üçün Qisas günüdür. Onları qılınc yeyib-doyacaq, Qanlarını içib susuzluğunu yatıracaq. Çünki şimal ölkəsində, Fərat çayı sahilində Ordular Rəbbi Xudavənd qurban kəsir. Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir, Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir. Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.
Выбор основного перевода