Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”» Əlləri ilə yaratdığı qurbangahlara baxmayacaq, barmaqları ilə düzəltdiyi ilahə Aşeranın rəmzi olan sütunlara, buxur qurbangahlarına nəzər salmayacaq. Kim istəyər fayda verməyən allah düzəltsin, Tökmə büt yaratsın? Bəs özün üçün düzəltdiyin bütlərin haradadır? Başına bəla gəldiyi vaxt səni qurtara bilərlərsə, gəlsinlər. Sənin allahların şəhərlərinin sayı qədərdir, ey Yəhuda! Onların günahını əfv etmə və qoy təqsirləri Sənin yadından çıxmasın! Axı onlar bənnaları təhqir etdilər. Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək, Təkəbbürlü baxışlar alçaldılacaq.
Выбор основного перевода