Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür. Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. Sela Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir. Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir. «Mənim qarşımda titrəmirsinizmi? Axı Mən əbədi qayda ilə Dəniz üçün qumu sərhəd qoydum, Dəniz bu sərhədi keçə bilməz. Dalğaları coşsa da, Üstün gələ bilməz. Nərə çəksə də, keçə bilməz.
Выбор основного перевода