Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çadırında nur qaranlığa dönəcək, Yanındakı çıraq sönəcək. Addımları gücdən düşəcək, Öz işlətdiyi fənddən yıxılacaq. Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq, Məskənində bir kimsəsi qalmayacaq. Ona bütün dünyanı kim təslim etdi? Kim Onu yer üzərində təyin etdi? Əgər qəsdinə durub Ruhunu, nəfəsini geri çəkərsə, Bir anda bütün bəşər yox olar, İnsan torpağa qayıdar. Əgər düşüncən varsa, bunları dinlə, Sözlərimi eşit. Ədalətə nifrət edən səltənət sürə bilərmi? Adil və qüdrəti Olanımı məhkum edəcəksən? «Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin. Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür!
Выбор основного перевода