Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Mənim gərəksizliyimə bax, Sənə necə cavab verim, Ağzımı əlimlə tutmuşam. Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur. Pislərlə, şər iş görənlərlə birgə Məni dartıb aparma. Onlar qonşuları ilə dost kimi danışır, Lakin qəlblərində şər dolaşır. Əməllərinə, pis işlərinə görə Onların əvəzini ver, Əllərindən gələn bu işlər nəyə layiqdirsə, Onlar üçün ödə. Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə, Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə Rəbb onları yerə vuracaq, Bir daha qaldırmayacaq. Alqış olsun Rəbbə, Yalvarış səsimi eşitdi! Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm. Rəbb Öz xalqının gücüdür, Məsh etdiyi insanın nicat qalasıdır. Öz xalqını qurtar, Seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, Xalqının əbədilik qayğısına qal!
Выбор основного перевода