Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi? Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb? Hikmət və qüdrət Allahdandır, O, nəsihət və dərrakə verir. Qüdrət və hikmət Onundur, Aldadan da, aldanan da Onundur Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın! Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı. Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz. Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin.
Выбор основного перевода