Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq». O zaman addımlarımı sayacaqsan, Günahımı nəzərə almayacaqsan. Pis insan fəlakət günündə sağ qalır, Qəzəb günü yol göstərilərək qurtulur. Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür. Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var. Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən. İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır. Rəbbin gözü hər yerə baxar, Pislərə, yaxşılara nəzər salar. Tədbirlərin əzəmətli, işlərin böyükdür! İnsanların bütün əməlləri Sənin nəzərin altındadır, hər kəsə işlərinə və etdiklərinin nəticəsinə görə əvəz verirsən.
Выбор основного перевода