Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Niyə məni doğulmağa qoydun? Kimsənin gözü məni görmədən kaş öləydim. Kaş ki heç yaranmayaydım, Bətndən məzara düşəydim. Doğulduğum gün lənətə gəlsin! Anamın məni doğduğu günə Bir daş düşsün! Atamı çox sevindirərək «Bir oğlan uşağın oldu!» Deyə müjdə verən adam Lənətə gəlsin. Qoy o adam Rəbbin Yazığı gəlməyib dağıtdığı Şəhərlər kimi olsun! Səhər fəryad, Günorta nalə eşitsin. Çünki bətndə ikən məni öldürmədi. Onda anamın qarnı qəbrim olardı, Bətni daim hamilə qalardı. Nə üçün ana bətnindən çıxdım? Əzab-əziyyət görmək, Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?
Выбор основного перевода