Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır! Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar. Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin. Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır. Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər. Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər. Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur.
Выбор основного перевода