Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim. Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda, Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə, Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda, Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim. Yaratdığı aləmə görə sevinirdim, Bəşər övladlarına görə fərəhlənirdim.
Выбор основного перевода