Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. Dəyirmanı yaxud üst daşını kimsə girov götürməsin, çünki o adamın həyatını girov götürmüş olur. Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin. Yetimlərin eşşəyini əlindən alır, Dul qadının öküzünü girov götürür. Gecə paltarsız, çılpaq qalırlar, Soyuqda üstlərini örtməyə bir şey tapmırlar. Yetim uşağı döşdən ayırırlar, Fəqirin körpəsini girov alırlar. Yediyiniz çörəyi acla bölüşdürmək, Yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? Kimsəyə haqsızlıq etmirsə, Borclunun girovunu qaytarırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə, Fəqirə və yoxsula haqsızlıq edirsə, Soyğunçuluq edirsə, Girovu qaytarmırsa, Gözlərini bütlərə dikirsə, İyrənc işlər görürsə, Kimsəyə haqsızlıq etmirsə, Girov almırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə,
Выбор основного перевода