Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm». Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi. Rəbb Əyyuba bu sözləri deyəndən sonra Temanlı Elifaza dedi: «Sənə və iki dostuna qarşı qəzəbdən alışıb-yandım. Çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz. İndi özünüz üçün yeddi buğa və yeddi qoç alıb qulum Əyyubun yanına gedin və özünüz üçün yandırma qurbanı təqdim edin. Qulum Əyyub sizin üçün dua etsin. Mən də onun duasını qəbul edib sizinlə axmaqlığınıza görə rəftar etməyəcəyəm, çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz». Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir. Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
Выбор основного перевода