Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir. Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan, Bəşər övladı kimdir ki, onu düşünürsən? Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz. Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır! Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz.
Выбор основного перевода