Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür. Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var. Hökm üçün hüzuruna gəlsinlər deyə Allah insana nəzarət etmək üçün ehtiyac duymur. İstintaq etmədən güclü insanları qırır, Onların yerinə başqalarını qoyur. Çünki onların işlərini bilir, Bir gecə onları alt-üst edir, onlar əzilir.
Выбор основного перевода