Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4
Параллельные места
Qoy İsrail söyləsin: «Mənə gəncliyimdən bəri əzab verdilər. Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın. Qoy pis adam öz yolunu, Şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, Çünki Onun əfvi boldur. Onların toxuduğu hörümçək torundan paltar çıxmaz, Toxuduqları parça ilə özlərini örtə bilmirlər. Elədikləri əməllər şər əməllərdir, Əllərində zorakılıq işləri var. İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”. Gəmi rəisi onun yanına gəlib dedi: «Sən nə yatırsan? Qalx, öz allahını çağır. Bəlkə sənin allahın bizi yada salar və biz məhv olmarıq». O zaman onlar Rəbbə fəryad edərək dedilər: «Ya Rəbb, Sənə yalvarırıq, qoyma bu adamın canından ötrü məhv olaq. Günahsız qan üstümüzdə qalmasın! Çünki Sən, ya Rəbb, Öz istədiyini etmisən».
Выбор основного перевода