Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizə yaxın millətlərə aid olmayan, sizdən uzaqlarda yerləşən şəhərlərin hamısına qarşı rəftarınız belə olsun! O bu adamlara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və bu torpağın bütün sakinləri sizin qarşınızda əsir. Çünki Misirdən çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu və İordan çayının o tayında məhv etdiyiniz iki Emor padşahı Sixonla Oqa nə etdiyinizi eşitmişik. Rəbb Yeşua ilə idi və onun şöhrəti bütün ölkəyə yayıldı. Onlarla əhd bağladıqdan üç gün sonra eşitdilər ki, bu adamlar İsraillilərlə qonşuluqda – öz aralarında yaşayanlardır. İsraillilər çıxıb üçüncü gün onların şəhərlərinə gəldilər. Onların şəhərləri Giveon, Kefira, Beerot və Qiryat-Yearim idi. Onlar Yeşuaya cavab verib dedilər: «Sənin Allahın Rəbbin bütün ölkəni sizə vermək, ölkənin bütün əhalisini qarşınızda həlak etmək üçün qulu Musaya necə əmr verdiyi bu qullarına aşkar bildirilmişdi. Sizin ucbatınızdan canımız üçün çox qorxduq və ona görə belə etdik.
Выбор основного перевода