Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev; Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi. Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik». Ölkəyə nəzər salanlardan Nun oğlu Yeşua və Yefunne oğlu Kalev paltarlarını cırdılar; bütün İsrail övladlarının icmasına belə dedilər: «Nəzərdən keçirmək üçün içərisindən keçdiyimiz ölkə çox yaxşı bir ölkədir. Əgər Rəbb bizdən razı qalarsa, bizi o ölkəyə aparacaq, süd və bal axan torpağı bizə verəcək. Ancaq Rəbbə qarşı üsyankarlıq etməyin. Ölkənin xalqından qorxmayın, onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!»
Выбор основного перевода