Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yeşua və onunla birgə bütün İsraillilər Eqlondan Xevrona keçdilər və oradakılarla vuruşdular. Oranı da alıb padşahını, bütün kəndləri və bütün əhalisini qılıncdan keçirdilər. Eqlonda etdikləri kimi Xevronda da heç kimi sağ qoymadılar, oranı və oradakı bütün adamları tamamilə məhv etdilər. Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi. Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu. Yəhudanın dağlıq bölgəsindəki Anaqlıların atası Arbanın adı ilə adlanan Qiryat-Arba şəhərini, yəni Xevronu və ətrafında olan otlaqları onlara verdilər. Amma şəhərin tarlaları ilə kəndlərini mülk olaraq Yefunne oğlu Kalevə verdilər. Əvvəlki adı Qiryat-Arba olan Xevronda yaşayan Kənanlılara qarşı yürüş edib Şeşayı, Aximanı və Talmayı məğlub etdilər. Musanın söylədiyi kimi Xevronu Kalevə verdilər. O da Anaqın üç oğlunu oradan qovdu. Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər. Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər.
Выбор основного перевода