Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sənin yanında qonaq olan qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun. Yalnız bu zaman onu keçirə bilər və o da sizin həmtayfanız kimi sayılar. Sünnət olunmayan heç bir kişi ondan yeməsin. Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir». Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Allahınız Rəbb Mənəm. Ancaq torpaq püşklə bölünsün. Hər kəsin payı atalarının aid olduğu qəbilələrin adına görə olacaq. Kiçik ya böyük – hər qəbilənin payı püşklə bölünsün». Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək. Qoy Rəbbə bel bağlayan heç bir yadelli deməsin: “Əlbəttə, Rəbb məni Öz xalqından ayıracaq”. Qoy heç bir xədim deməsin: “Mən quru bir ağacam”». Çünki Rəbb belə deyir: «Şənbə günlərimə riayət edən, Mənə xoş gələni seçən, Əhdimə itaət edən xədimlərə Evimdə, divarlarımın arasında Oğul və qızlardan daha da yaxşı olan Xatirə və ad verəcəyəm. Onlara silinməz, əbədi bir ad verəcəyəm. Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, Əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq». Ölkəni irs olaraq payladığınız zaman Rəbb üçün torpaqdan pay kimi iyirmi beş min qulac uzunluğunda, on min qulac enində müqəddəs bir bölgə ayırın. Bütün bu bölgə müqəddəs olacaq. Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir. Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz. o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz. Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı. Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə Məsih İsada eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir. Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır.
Выбор основного перевода