Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi. «İsrail övladlarına əmr et və onlara de: “Kənan ölkəsinə girdiyiniz zaman irs olaraq sizə düşən torpağın – Kənan torpağının sərhədləri belə olacaq: Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”. Xudavənd Rəbb belə bəyan edir: “O gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim, Misir torpağında Özümü onlara aşkar etdim və ‹Allahınız Rəbb Mənəm› deyə and içdim. O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam.
Выбор основного перевода