Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sünnət əti kəsilməmiş kişi cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq». Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin; ancaq hər kəsin pulla satın alınmış qulu sünnət olunduqdan sonra onu yeyə bilər. Qonaq və muzdlu işçi ondan yeməməlidir. Qoy bu yemək bir evdə yeyilsin, əti evdən bayıra çıxarılmasın və onun bir sümüyü də qırılmasın. Bütün İsrail icması bu yeməyi yesin. Sənin yanında qonaq olan qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun. Yalnız bu zaman onu keçirə bilər və o da sizin həmtayfanız kimi sayılar. Sünnət olunmayan heç bir kişi ondan yeməsin. Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir». Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”». – buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr, Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız. Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq. Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir». Onlar bütləri üçün övladlarını kəsdikdən sonra həmin gün Müqəddəs məkanıma girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin ortasında etdilər. Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı».
Выбор основного перевода