Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər. Şimala baxan otaq isə qurbangah üçün cavabdeh olan kahinlərə məxsusdur. Onlar Levinin nəslindən olan və Rəbbə xidmət etmək üçün Ona yaxınlaşan Sadoq övladlarıdır». Mənə xidmət etmək üçün hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq bir buğa ver” Xudavənd Rəbb belə bəyan edir. Bu bölgə Sadoq nəslindən təqdis olunmuş kahinlər üçün olacaq. Onlar buyruğumu yerinə yetirdi, İsrail xalqı yoldan azan zaman Levililər də yoldan azdı, ancaq onlar yoldan azmadı.
Выбор основного перевода