Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur. Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla. Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy. Məsh yağını götürüb Harunun başına tök və onu məsh et. Sonra oğullarını gətir və onlara xirqələr geyindir. Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy. Sonra kahin geyimini çıxarıb başqa paltar geyinsin və külü düşərgədən kənara çıxararaq pak bir yerə töksün. Bayır həyətə, bayır həyətdə olan xalqın yanına çıxmazdan qabaq xidmət edərkən əyinlərindəki geyimləri çıxarıb müqəddəs otaqlara qoysunlar və başqa paltarlar geysinlər ki, geyimləri ilə xalqı təqdis etməsinlər. Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm». Mən isə dedim: «Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu.
Выбор основного перевода