Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O adam məni bayır həyətə gətirdi. Orada bayır həyəti əhatəyə alan otaqlar və daş yol var idi. Daş yol boyunca otuz otaq var idi. O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və enini ölçdü. O adam məni cənub darvazasından içəri həyətə apardı. Cənub darvazasını ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Sonra o adam məni məbədin əsas hissəsinə gətirib oradakı darvazanın yan taxtalarını ölçdü: yan taxtaların eni hər tərəfdən altı qulac idi. Məbədin qərbində açıq sahəyə baxan bir tikili var idi: eni yetmiş qulac idi. Divarının qalınlığı hər tərəfdən beş qulac, uzunluğu doxsan qulac idi. Sonra o adam məbədi ölçdü: uzunluğu yüz qulac idi. Açıq sahə, tikili və onun divarları yüz qulac uzunluğunda idi. İçəri həyətin cənubu boyu açıq sahəyə və bayır həyətdəki tikililərə baxan başqa otaqlar var idi. Sonra o adam mənə dedi: «Məbədin açıq sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri – taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora müqəddəsdir. Sonra o adam məni darvazanın yanındakı girişdən şimala baxan, kahinlərə məxsus müqəddəs otaqlara gətirdi və mənə qərb tərəfdə bir yer göstərdi.
Выбор основного перевода