Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ölkəni nəzərdən keçirdiyiniz günlərin sayına görə qırx gün, hər gün üçün bir il olmaqla, qırx il günahlarınızın cəzasını çəkəcəksiniz və sizdən üz döndərdiyimi biləcəksiniz”. Bu qadınlardan böyüyünün adı Ohola, bacısınınkı isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola Samariyaya, Oholiva Yerusəlimə verilən addır. Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu. Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur övladlarına təslim etdim. Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.
Выбор основного перевода