Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mən və Rəbbin mənə verdiyi övladlar Sion dağında məskunlaşan Ordular Rəbbinin İsraildəki rəmzləri və nişanələriyik. Sənə qarşı ətrafında ordugah quracağam, Dövrəsinə istehkamlar düzəcəyəm, Sənə hücum etmək üçün qüllələr tikəcəyəm. Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm. Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm». Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər. «Ey bəşər oğlu, üzünü Yerusəlimə tərəf çevirib Müqəddəs məkanlara qarşı danış və İsrail torpağının əleyhinə peyğəmbərlik et. Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”. O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm».
Выбор основного перевода