Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahı səsləyirəm, fəryad edirəm, Allahı səsləyirəm, O məni dinlər. Dar günümdə Xudavəndi axtarıram, Bütün gecə durmadan, Könlüm ovunmadan Ona əl açmışam. Allahı yada salarkən təlaşa düşürəm, Dərindən fikirləşəndə ruhdan düşürəm. Sela Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm. Düşünürəm keçən günləri, Ötən dövranı, illəri. Oxuduğum ilahi gecələr yadıma düşür, Ürəyimdə düşünəndə könlüm məndən soruşur: «Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı? Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı? Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir». Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən. Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə xəyala dalıram. Allahın yolu müqəddəsdir. Allah kimi böyük hansı allah var? Xariqələr yaradan Allah Sənsən, Xalqlar arasında qüdrətini göstərmisən. Əl uzadıb xalqını, Yaqub, Yusif övladlarını azad etmisən. Sela Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi. Buludlar yağışa döndü, Göylərdən gurultular eşidildi, Hər tərəfə oxların töküldü. Qasırğanın içindən ildırım çaxdı, Şimşəklər yer üzünə işıq saçdı, Yer lərzəyə gəlib sarsıldı. Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı. Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın. O Öz sürüsünü çoban kimi otaracaq, Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, Sağmal heyvanların qayğısını çəkib otaracaq. Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Daha qorxub dəhşətə düşməyəcəklər, biri də itməyəcək» Rəbb belə bəyan edir. «Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək, Ölkədə ədalətli və saleh işlər görəcək» Rəbb belə bəyan edir. Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid çoban olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək. Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər». Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq, Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah
Выбор основного перевода