Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən? Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur. Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq. O Öz sürüsünü çoban kimi otaracaq, Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, Sağmal heyvanların qayğısını çəkib otaracaq. Ordular Rəbbi deyir: “Viran olmuş, insansız və heyvansız qalmış bu ölkənin bütün şəhərlərində yenə çobanların öz sürülərini dincəltdikləri otlaqlar olacaq. Xudavənd Rəbb bəyan edir: “Müqəddəs dağım olan İsrailin uca dağında, həmin ölkədə hamı – bütün İsrail nəsli Mənə qulluq edəcək. Orada onlardan razı olacağam. Bütün müqəddəs şeylərinizlə birgə təqdimlərinizi və ən seçmə hədiyyələrinizi sizdən qəbul edəcəyəm. Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq. Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”». Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar.
Выбор основного перевода