Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlim və bütün Yəhuda şəhərləri üzərinə gətirdiyim bəlanın hamısını gördünüz. Buna görə də qızğınlığım və qəzəbim daşıb-töküldü, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində od qaladı. Onlar bu gün olduğu kimi xaraba və viranə oldular”. Rəbb pis işlərinizə, etdiyiniz iyrənc şeylərə daha dözə bilmir. Ona görə də indi ölkəniz sakini olmayan xarabalığa, viranəliyə və lənət hədəfinə çevrildi. Millətlərin ən qəddarını onların üstünə gətirəcəyəm və evlərini əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam, müqəddəs yerləri murdarlanacaq. Rəbb belə deyir: “Misirə arxa olanlar yıxılacaq, Onun qürurlandığı qüdrət çökəcək. Miqdoldan Asvana qədər ərazidə Qılıncdan keçiriləcəklər” Xudavənd Rəbb belə bəyan edir. Boş qalmış ölkə şumlanacaq, halbuki hər yoldan keçənin nəzərində o bir viranə idi. Onda deyəcəklər: ‹Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, onların içində adamlar yaşayır›.
Выбор основного перевода