Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək. Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar. Ancaq İsrail nəsli ‹Xudavəndin yolu düz deyil› deyir. Ey İsrail nəsli, Mənimmi yollarım düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? Sən ey bəşər oğlu, xalqına mənsub olanlara söylə: “Üsyan etdiyi halda salehin salehliyi onu xilas etməz. Pis adama gəlincə, o öz pisliyindən dönərsə, bundan ötrü həlak olmaz. Saleh adam günah etdiyi halda öz salehliyi ilə yaşaya bilməz. Pis adama ‹əlbəttə, öləcəksən› dediyim zaman günahından dönüb ədalətli və saleh işlər görərsə – Ancaq siz deyirsiniz: “Rəbbin yolu düz deyil”. Sizin hər birinizi öz əməlinə görə mühakimə edəcəyəm, ey İsrail nəsli!»
Выбор основного перевода