Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü. Kuş çaylarının o tərəfində yerləşən, Qanad vızıltıları eşidilən ölkənin vay halına! Dəniz yolu ilə, qamış qayıqları ilə Bu ölkə elçilər göndərir! Ey sürətli qasidlər, yola düşün! Çaylarla bölünmüş ölkəyə, Ucaboylu, parlaq dərili millətin, Hər yanda qorxu doğuran xalqın, Güclü və işğalçı millətin yanına gedin! Rəbb dedi: «Misir və Kuş üçün əlamət və ibrət olaraq qulum Yeşaya necə üç il ərzində çılpaq və ayaqyalın dolaşdısa, elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq. “Sənin məhv olmaq xəbərini, Millətlərin arasına, Tanımadığın ölkələrə çatdırdığım zaman Bir çox xalqların ürəyini kədərləndirəcəyəm. Sənin başına gələnlərlə Bir çox xalqı heyrətə salacağam. Onların önündə qılıncımı yellədiyim zaman Sənə görə padşahlarının tükləri biz-biz olacaq. Yıxıldığın gün Onların hamısı öz canları üçün Durmadan qorxu içində titrəyəcək”. deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri də yoxdur.
Выбор основного перевода