Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb dedi: «Misir və Kuş üçün əlamət və ibrət olaraq qulum Yeşaya necə üç il ərzində çılpaq və ayaqyalın dolaşdısa, elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq. Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək. O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək: “Aşşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi! Bəs biz nə cür qurtulacağıq?”» Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa çevirəcəyəm.
Выбор основного перевода