Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xudavənd Rəbb Sura belə deyir: “Səndə qırğın olanda, yaralılar inildəyəndə dağılmağının gurultusundan sahil xalqları titrəməyəcəkmi? Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək. Sənin başına gələnlərlə Bir çox xalqı heyrətə salacağam. Onların önündə qılıncımı yellədiyim zaman Sənə görə padşahlarının tükləri biz-biz olacaq. Yıxıldığın gün Onların hamısı öz canları üçün Durmadan qorxu içində titrəyəcək”. Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını –
Выбор основного перевода