Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir. Onları səmum küləyi kimi Düşmən önündə pərən-pərən salacağam. Onlara fəlakət günündə Üzümü deyil, arxamı göstərəcəyəm». Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi xaraba bir şəhərə çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt dərin sular səni örtəndə Sərhədlərin dənizin qoynunda idi. Səni tikənlər gözəlliyini kamil etdi. Tarşiş gəmiləri sənin mallarını daşıdı. Dənizin qoynunda böyük yüklə doldun. Gəmin qəzaya uğradığı gün Var-dövlətin, malların, ticarət şeylərin, Gəmiçilərin, sükançıların, Təmirçilərin, ticarət şəriklərin, Döyüşçülərin – içində olan bütün camaat Dənizin dərinliklərinə batacaq.
Выбор основного перевода