Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yehu İzreelə gəldi. İzevel bunu eşitdi. O, gözlərinə sürmə çəkib başına bəzək vurdu və pəncərədən boylanıb baxdı. Ətirləri bol-bol vurandan sonra Molek allahına sarı getdiniz. Elçilərinizi uzaqlara göndərdiniz, Özünüzü ölülər diyarına qədər endirdiniz. Bəs sən ey viran şəhər, nə edəcəksən? Qırmızı paltar geyinsən də, Qızıl bəzəklər taxsan da, Gözlərinə sürmə sürtsən də, Əbəs yerə özünü bəzəyirsən. Sənə oynaşların xor baxır, Canını almaq istəyir. Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım. Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum. Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin. Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir. “Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin. Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq.
Выбор основного перевода