Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ona görə də nə o torpağın sakinləri ilə əhd kəsin, nə də öz allahları ilə xəyanət edib, onlara qurban kəsən vaxt sizi də dəvət edəndə qurbanlarından dadın. Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən? Səni öz pisliyin cəzalandıracaq, Dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir” Ordular Rəbbi Xudavənd belə bəyan edir. “Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın Və ‹sənə qulluq etməyəcəyəm› dedin. Üstəlik hər uca təpənin üstündə, Hər kölgəli ağacın altında yerə sərilib Bütlərə səcdə edərək Mənə xəyanət etdin. Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər. Onlarla fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi. Babil övladları Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə onu murdarladı. O onlarla murdar olandan sonra onlardan iyrəndi.
Выбор основного перевода