Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır. Budur, Rəbbin adı uzaqdan gəlir, Qızğın qeyzlə qara bulud içində Ağzı qəzəbli sözlərlə doludur, Dili sanki hər şeyi məhv edən alovdur. Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir bütlərindən əl çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, sizin üzərinizdə qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq edəcəyəm. Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar. «Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.
Выбор основного перевода