Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama. Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin. Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi? Ancaq xalqım uzun müddət məni unutdu. “Çılpaq təpələr üzərində bir səs – İsrail övladlarının Ağlaşma və yalvarışları eşidilir, Çünki onlar yollarını azdı, Özlərinin Allahı Rəbbi unutdu. Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki Məni unutdun, Mənə arxa çevirdin, pozğunluğun və fahişəliyin üçün cəzanı çək”». Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur. Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür.
Выбор основного перевода