Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər. Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. Ancaq ürəkləri öz mənfur və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». Bütün iyrənc işlərini və fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz qanın içində qımıldanırdın”.
Выбор основного перевода