Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Filiştlilər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar. Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi. «Ey bəşər oğlu, əgər bir ölkə Mənə xain çıxıb günah edərsə, Mən ona qarşı əlimi qaldıraram, çörəyinin kökünü kəsib üstünə aclıq göndərərəm və oradan insanla heyvanı silib ataram. Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, sizin üzərinizdə qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq edəcəyəm. Mən sizi qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə xalqlar arasından çıxaracağam, səpələndiyiniz ölkələrdən bir yerə toplayacağam.
Выбор основного перевода