Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq. Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə yaşayanları da eləcə oda atacağam. Sənin anan da çay kənarındakı bağında Əkilmiş bir üzüm tənəyi kimi idi. Bol sulardan bəhərli oldu, Çoxlu qol-budaq verdi. Onun budaqları Padşah əsası olacaq qədər gücləndi, Boyu hündür ağaclara qədər ucaldı, Onun çoxlu budaqları ilə Hündürlüyü görünürdü. Ancaq onu qəzəblə Kökündən çıxarıb yerə atdılar, Şərq küləyi onun meyvəsini qurutdu, Möhkəm budaqları qoparıldı, Onlar qurudu, Onları od yandırıb-yaxdı. O indi Çöldə, quraq və susuz torpaqda əkildi. Gövdəsinin bir budağından od çıxdı, Onun meyvəsini yandırıb-yaxdı. Onda padşah əsası olmaq üçün Bir möhkəm budaq da qalmadı”. Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq». Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar.
Выбор основного перевода