Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi? Şamuel böyüdü. Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı. Rəbbin kitabını araşdırın, oxuyun, Bunlardan heç biri əskik olmayacaq, Hər bir dişi heyvan öz cütünü tapacaq, Çünki bu əmr Onun ağzından çıxdı, Ruhu da onları toplayacaq. Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək. Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”. Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”». O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi. «Əgər kimsə yenə peyğəmbərlik etsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək: “Sən yaşaya bilməzsən, çünki Rəbbin adı ilə yalan söyləmisən”. Sonra isə peyğəmbərlik edəndə öz ata-anası onun bədənini deşəcək. O gün hər peyğəmbər peyğəmbərlik edərkən ona nazil olan görüntüdən utanacaq. O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək.
Выбор основного перевода