Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bəli, Rəbb belə deyir: «Bütün ölkə viran olacaq, Ancaq tam məhv olmasına yol verməyəcəyəm. «Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb. Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə və rüsvayçılıq hədəfinə çevirəcəyəm. Məskən saldığınız bütün yerlərdə şəhərlər viran olacaq, səcdəgahlar dağıdılacaq ki, qurbangahlarınız xarabalığa və viranəliyə çevrilsin, bütləriniz sındırılıb yox edilsin, buxur qurbangahlarınız kəsilsin və düzəltdiyiniz şeylər yer üzündən silinsin. Buna görə Mən sizi vurmağa, Günahlarınıza görə əzab verməyə başladım.
Выбор основного перевода