Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Müdrikləri hiylə qurarkən yaxalayır, Fəndgirlərin oyununa son qoyur. İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Mən onları cəzalandıranda Yerə səriləcəklər» deyir Rəbb. Eşit, ey yer üzü, Mən bu xalqın başına fəlakət gətirəcəyəm. Bu onların niyyətlərinin bəhrəsi olacaq. Çünki Mənim sözlərimə qulaq asmadılar, Mənim qanunumu rədd etdilər. Necə ki yazılıb: «Müdriklərin müdrikliyini məhv edəcəyəm, Aqillərin ağlını yox edəcəyəm». Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi?
Выбор основного перевода