Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Evləri, tarlaları və arvadları da Başqalarına qalacaq. Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam» Rəbb belə bəyan edir. «Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur. Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər, “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur. İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Mən onları cəzalandıranda Yerə səriləcəklər» deyir Rəbb. Nişanlandığınız qızla başqası yatacaq. Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz. Onların gözləri önündə körpələri parça-parça ediləcək, Evləri talan ediləcək, Arvadlarının namusuna toxunulacaq. Acgöz, azğın köpəklərdir bunlar, Axmaq çobanlardır bunlar! Hər kəs öz yolu ilə gedir, Hər biri öz xeyrini güdür! Rəbb bəyan edir: «Peyğəmbər də, kahin də allahsızdır, Məbədimdə pisliklərini gördüm.
Выбор основного перевода