Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иеремия
Параллельные места
Mühafizəçilər rəisi başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astanada keşik çəkən üç nəfəri əsir aldı. Süleyman dedi: «Ya Rəbb, İsrailin Allahı! Nə göydə, nə də yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan. Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin. Padşah Sidqiya Malkiya oğlu Paşxuru və Maaseya oğlu Sefanyanı Yeremyanın yanına göndərəndə Rəbdən Yeremyaya söz nazil oldu. Paşxur ilə Sefanya belə demişdi: İsrailin Allahı Ordular Rəbbi belə deyir: «Sən Yerusəlimdə olan başqa xalqa, kahin Maaseya oğlu Sefanyaya və başqa kahinlərə öz adından məktublar göndərdin. Sefanyaya belə dedin: Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşik çəkən Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi. Padşah Sidqiya Şelemya oğlu Yehukalı və Maaseya oğlu kahin Sefanyanı Yeremya peyğəmbərin yanına göndərdi ki, ona desinlər: «Bizim üçün Allahımız Rəbbə dua et».
Выбор основного перевода