Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlar şəhərləri dağıtdılar, hər yaxşı tarlanı daşlarla doldurdular, bütün bulaqların gözünü tutdular və hər yaxşı ağacı kəsdilər. Yalnız Qir-Xaresetin daşları yerində qaldı, ancaq sapandçılar onu da mühasirəyə alıb vurdular. Ürəyim Moav üçün kədərlənir, Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı. Luxit yoxuşundan ağlayaraq çıxırlar. Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar. Buna görə Moavlılar Moav üçün fəryad edəcək; Hamısı fəryad edəcək, Qir-Xaresetin kişmiş kökələrini Yada salaraq inləyib kədərlənəcək. Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır.
Выбор основного перевода