Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hər şeyin əmin-amanlıqda olanda Sənə nəsihət etdim, Ancaq “qulaq asmayacağam” dedin. Uşaqlığından xasiyyətin belədir, Sözümə qulaq asan deyilsən. Rəbb Yaqub nəslini İsrailin əvvəlki əzəmətinə qaytaracaq. Hərçənd quldurlar onu viran etdi, Tənəklərini dağıtdı. O zaman Yerusəlimin hər tərəfini Çıraqlarla axtaracağam, Firavan yaşayan qayğısızları, Ürəklərində «Rəbb nə yaxşılıq, nə də pislik – Heç nə etməz» Deyənləri cəzalandıracağam. Qayğısız olan millətlərə qarşı çox qəzəbliyəm. Çünki Mən hələ az qəzəbləndiyim zaman Onlar öz pis əməllərini daha da artırdı”.
Выбор основного перевода