Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Siz əl açıb Mənə yalvaranda Göz yumacağam. Nə qədər çox dua etsəniz də, Yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur, Hər bir adamı dəhşət bürüyəcək, Dərd və iztirab içində boğulacaq, Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, Üzləri qızaracaq. Rəbb deyir: «Xeyli vaxtdır ki, dinmirəm, Susuram, səbir edirəm, İndi isə doğuş ağrısı çəkən qadın kimi Qışqıracağam, təngnəfəs olub zarıyacağam. Onlar haqqında xəbər eşitdik, Əllərimiz yanımıza düşdü. Doğan qadın kimi bizi Sıxıntı və əzab bürüdü. Rəbb müttəfiq kimi hazırladığın adamları Sənə hakim qoyanda nə deyəcəksən? Məgər doğan qadının çəkdiyi sancı kimi Səni də ağrı tutmayacaqmı? Sion əl açıb, Amma ona təsəlli verən yoxdur. Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib: «Qoy qonşuları onun düşməni olsun, Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib». Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir.
Выбор основного перевода