Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib, ona dedi: «Bu adamlar nə dedi? Onlar sənin yanına haradan gəldi?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». Buna görə də meşədən bir aslan çıxıb Onları öldürəcək, Səhradan qurd gəlib onları parçalayacaq, Şəhər kənarında bəbir pusqu quracaq, Şəhərdən çıxan hər adam parçalanacaq. Çünki çox üsyan etdilər, Dəfələrlə dönük oldular. Rəbb bəyan edir: «Ey İsrail xalqı, Uzaqdan üstünüzə bir millət gətirəcəyəm. Dilini bilmədiyin, Dediklərini anlamadığın Güclü, qədim bir millət. Onun sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları düzəldəcək.
Выбор основного перевода